İmişlidə çay süzmək istəyən qadını “tok” vurub öldürdü
Dərc olunub:
7-06-2020, 10:59
İmişlidə 83 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Ağamalılar kənd sakini 1936-cı il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızı elektrik çaydanından çay süzmək istəyən zaman onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.