Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO
Dərc olunub:
29-05-2020, 11:28
Bu gün səhər saatlarında "Supersport.az" saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib.
Avrasiya.net xəbər verir ki, bu barədə ailənin yaxın dostu Araz Aslanlı özünün "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Anar Cəfərsoyun özü də COVİD-19 diaqnozu ilə xəstəxanada müalicə alır.