Sizin Reklam Burada

Azərbaycanda VƏHŞİLİK: Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər - VİDEO

Azərbaycanda VƏHŞİLİK: Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər - VİDEOAzərbaycanda qadağan edilən it döyüşləri keçirilir.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Yazılanlara görə, “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər.

Forumun yaradıcıları və Azərbaycandakı bu ölümcül döyüşlərin təşkilatçılarının 5 nəfər olduğu bildirilir. Onlar Rüfət, Murad, Mətləb, Hüseyn və digəridir.

Maraqlıdır ki, dəfələrlə onlar barədə məlumatlar verilsə də hələ də forum ləğv edilməyib və onlar saxlanılmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından bildirdilər ki, bu barədə araşdırmalar aparılacaq. Döyüşlərin konkret keçirildiyi ünvan müəyyən olunacaq və təşkilatçılar tezliklə cəzalandırılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər