Mingəçevirdəki basqınala bağlı yeni təfərrüatlar: məqsəd qarət olmayıb - FOTOLAR

Mingəçevirdəki basqınala bağlı yeni təfərrüatlar: məqsəd qarət olmayıb - FOTOLARMingəçevirdə iş adamının yaşadığı evə basqın edənlərin məqsədi oğurluq olmayıb.

Kanal32.az gecə saatlarında Mingəçevir şəhərində basıqna məruz qalan iş adamı ilə bağlı bəzi özəl məlumatlar əldə edib.Öncə qeyd edək ki, “APA” yenə də qaçaraqda xəbər xatirinə bəzi yanlışlıqlara yol verib və hadisənin baş veriyi ünvanı dəqiq göstərməyib.Belə ki, hadisə Puşkin küçəsi 37 yox, Puşkin küçəsi 68 ünavında yerləşən və iki giriş darvazası olan fərdi yaşayış evində baş verib.

Mənbəmizin verdiyi məlumata görə,4-5 nəfər maskalı şəxs öncə evin ətrafındakı müşahidə kameralarını sıradan çıxarıblar.Daha sonra darvazanı döyərək,özlərini hüquq-mühaifizə orqanının əməkdaşları kimi təqdim ediblər.Qapı açılan kimi içəriyə daxil olan naməlum şəxslər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib.Ancaq onlar istəklərinə(?) nail ola bilməyiblər.Və dərhal hadisə yerini tərk ediblər.Evdən heç bir şey aparılamyıb.Yaralılar ölümcül vəziyyətdə olmadığından təcili tibbi yardıma məlumat veriblər.Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb.

Onu da qeyd edək ki,basqına məruz qalan Məhəmməd Allahverdiyev şəhərin tanınmış iş adamlarındadır və hər kəs onu “Sauna Mamed” kimi tanıyır.Onun Mingəçevirdə Heydər Huseynov 11 üvnanında otel-restoranı,şəhərin mərkəzində moteli, müxtəlif ünavnalarda bir neçə kafe-restoranı var.Həmçinin,adıçəkilən şəxs Yevlaxın Varavara kəndində yerləşən Balıq zavodunun- “AzVarvara” MMC-nin direktorudur. Əldə etdiyimiz məlumata görə, sözügedən zavodda da narazılıqlar var.Çünki bu günə kimi işçilər aprel aynın əmək haqqını almayıblar.
Mingəçevirdəki basqınala bağlı yeni təfərrüatlar: məqsəd qarət olmayıb - FOTOLAR
Mənbəmizin iddiasına görə, basqına məruz qalan iş adamı Məhəmməd Allahverdiyev ona xəsarət yetirənlərin kimliyini bilir.

Hazırda faktla Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.
Mingəçevirdəki basqınala bağlı yeni təfərrüatlar: məqsəd qarət olmayıb - FOTOLAR