Sizin Reklam Burada

Bakıda məşhur həkimin səhvi: 24 yaşlı qız öldü

Bakıda məşhur həkimin səhvi: 24 yaşlı qız öldü“Baku Medical Plaza” klinikasında plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, Yenicag.az ölümün təfərrüatını əldə edib.

Məlumata görə, ölən şəxs sayca üçüncü plastik əməliyyatını keçirib. TV-lərdə ulduza çevrilən iranlı həkim Sirus Qoçxani sinəböyütmə əməliyyatını 8 min manata edəcəyini bildirib.

Sirus Qoçxani əməliyyat zamanı ürəyə gedən damarı kəsib. Nəticədə isə 1996-cı il təvəllüdlü Turanə Musazadə əməliyyat masasında dünyasını dəyişib.

Qeyd edək ki, bu ölüm hadisəsi Sirus Qoçxaninin ilk “işi” deyil.

Ötən ilin may ayında “Baku Medical Plaza”da Sirus Qoçxani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirmişdi.

2017-ci ildə isə daha qalmaqallı ölüm də Qoçxaninin səhvi ucbatından baş vermişdi. Belə ki, 22 yaşlı model Leyla Oruclu əməliyyat masasında ölmüşdü.

Buna baxmayaraq, Qoçxani Azərbaycanda fəaliyyətini davam etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər