Sizin Reklam Burada

Nazir müavininin otağından və maşınından çıxan pullar - VİDEO

Nazir müavininin otağından və maşınından çıxan pullar - VİDEOMədəniyyət nazirinin müavini Rafiq Bayramovun musiqi məktəblərinin direktorlarından hər ay rüşvət aldığı məlum olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunub.

DTX-nin yayımladığı videoda da R.Bayramovun işçiləri bunu etiraf edib.

Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rafiq Bayramov özü də bunu etiraf edib: “Nazirliyə tabe olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.

Bundan başqa, Rafiq Bayramovun şəxsi avtomobilində də axtarış aparılaraq ona verilən pullar aşkarlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər