Sizin Reklam Burada

DTX-nın həbs etdiyi xidmət rəisi rüşvət aldığını etiraf etdi

DTX-nın həbs etdiyi xidmət rəisi rüşvət aldığını etiraf etdiBir neçə gün əvvəl həbs olunan və vəzifəsindən kənarlaşdırılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun törətdiyi əməllərin bir hissəsinin təfərrüatı məlum olub.

Z.Sultanov nazirliyin həyata keçirdiyi tikinti işlərinə nəzarət edərkən dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə ittiham olunur.

Məlumata görə, Z.Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan rüşvət alıb. Z.Sultanov özünü təqsirli bilərək qeyd edilən pulları aldığını etiraf edib.

İddiaya görə, Zakir Sultanov Mədəniyyət nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün bir şirkətlə təxminən 20 min manatlıq müqavilə imzalayıb. Z.Sultanov şirkət rəhbərindən həmin pulun 1000 manatını geri alaraq mənimsəyib.

Bundan başqa, Bozarqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Z.Sultanov tikintini həyata keçirəcək şəxsdən 100 min manatdan çox rüşvət alaraq mənimsəyib.

Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manat “pay” verilib.

Z.Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ isə İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb.

Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələr üzrə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. /Qafqazinfo

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər