Qaxda ağır qəza: 5 nəfər yaralandı - Foto

Qaxda ağır qəza: 5 nəfər yaralandı - FotoQaxda güclü yağış yol qəzasına səbəb olub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Qax rayonunda baş verən yol qəzasının təfərrüatları məlum olub.

Hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirovun sükanı arxasında olduğu “VAZ-21099” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və onun sərnişini, Balakən rayon sakini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, “VAZ-21099"un sürücüsü və sərnişinləri- Balakən rayon sakinləri, 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalova xəsarət alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.