Sizin Reklam Burada

Qəbiristanlıqda görüş və qorxunc qisas - İsmayıllıdakı güllələnmənin ŞOK SƏBƏBİ

Qəbiristanlıqda görüş və qorxunc qisas - İsmayıllıdakı güllələnmənin ŞOK SƏBƏBİDünən İsmayıllı rayonunda 20 yaşlı oğlan tərəfindən törədilmiş dəhşətli qətlin təfərrüatları məlum olub.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 09 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovu Müşgəmir kəndi ərazisində güllələyərək öldürən 2000-ci il təvəllüdlü Şirxan Əzimov onunla qohum olub.

Belə ki, Şirxanın atası ilə Ağasəf xalaoğlu olub. Bir neçə il əvvəl Şirxanın atası polis tərəfindən saxlanılıb və o, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib. Daha sonra azadlığa çıxan həmin şəxsdə əsəb xəstəliyi yaranıb və bir müddət sonra o vəfat edib.

Bundan sonra mərhumun ailəsi və oğlu onun tutulmasında və ölümündə xalası oğlu Ağasəfi günahlandırıblar və xalası oğlu tərəfindən şərləndiyini bildiriblər. Bu səbəbdən yaxın qohumlar arasında münaqişəli vəziyyət yaranıb.

Nəhayət bir neçə gün əvvəl İsmayıllı şəhərində yaşayan Şirxan Əzimov nənəsinin yaşadığı Müşgəmir kəndinə gəlib. O, A.Soltanovu qətlə yetirmək üçün tüfəng götürüb və atasının xalası oğlu ilə kənd qəbiristanlığında görüşüb. A.Soltanova məxsus “VAZ 2121-Niva” markalı avtomobildə görüş zamanı münaqişə baş verib və 20 yaşlı oğlan özü ilə gətirdiyi tüfənglə 3 dəfə atəş açıb. 48 yaşlı Asoltanov aldığı xəsarətlərdən yerindəcə ölüb. Qəbiristanlığa gələn şəxslər onun artıq keçindiyini görüblər.

Bildirilir ki, qətli törədən 20 yaşlı gənc intizamsız şəxs kimi xaraktrizə olunur. Onun barəsində İsmayıllı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər