Sizin Reklam Burada

“Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı

“Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı2015-ci il dekabrın 4-də “Günəşli” yatağında baş vermiş faciədə itkin düşənlərdən ikisinin meyiti 4 il 5 ay sonra platformanın özülündə tapılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, tapılanların hər ikisi tanınılası haldadır.

Meyitlərin çürüməməsi və tanınır halda olması isə təəccübə səbəb olub.

İddiaya görə, meyiti tapılan neftçilərdən biri Əyyub Xəlil oğlu Əliyev (42 yaş) və Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovdur (61 yaş).

Hər iki meyitin 170 metr dərinlikdə tapıldığı bildirilir. Qeyd edilib ki, meyitlər özülə ilişərək qalıb.

Xəbər rəsmi olaraq hələ yayılmayıb.

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər