Sizin Reklam Burada

Ata evdə övladlarının əl-qollarını bağlayıb, onlara işgəncə verib - Bakıda

Ata evdə övladlarının əl-qollarını bağlayıb, onlara işgəncə verib - BakıdaBakının Sabunçu rayonunda üç övladına işgəncə verməkdə ittiham olunan Rabil Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Fəqan Əhmədovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, Rabil oğlu Kazımov qızları – Fatmə Kazımzadə və Zəhra Kazımzadə, oğlu Mübariz Kazımizadəni evdə əl-qollarını bağlı saxlayıb, onlara işgəncə verib.

Hər üç şəxs cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən Rabil Kazımovun barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (əzab vermə, iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər