Sizin Reklam Burada

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü yanaraq öldü

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü yanaraq öldü
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “90 ED 530” dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib.

Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.//Report

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər