Bakıda kişi narkotikdən öldü
Dərc olunub:
25-04-2020, 13:34
Narkotik maddələrin həddindən artıq dozada qəbulundan daha bir ölüm hadisəsi Bakının Nərimanov rayonunda qeydə alınıb.
Avrasiya.net bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Aprelin 24-də, 1990-cı il təvəllüdlü Azər Əliyev yaşadığı evdə narkotik maddəni həddindən artıq dozada qəbul etdiyi üçün ölüb.
Fakt araşdırılır.