Sizin Reklam Burada

Toyda arxasını ona çevirən qonşusunu öldürdü – Təfərrüat

Toyda arxasını ona çevirən qonşusunu öldürdü – Təfərrüat
Ağcəbədidə toyda arxasını ona çevirən qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayır.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə azadlıqdan məhrum edilən Qurbanzadə Qurban Azər oğlunun məhkəmə prosesinə Ali Məhkəmənin hakimi Hafiz Nəsibov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Sadıqova Zöhrə Hafiz qızı tanınıb.

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Qurbanzadə 17 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində isə Qurban Qurbanzadənin cəzası bir az da ağırlaşdırılıb.

Hadisə 2018-ci il sentyabrın 4-də, gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki "Qızıl Saray" şadlıq evində keçirilən toy məclisində baş verib. Qurban Qurbanzadə həmin məclisdə onunla eyni stolun baş tərəfində əyləşmiş qonşusu Zaur Sadıqova arxasını çevirərək əyləşməsini irad tutub. Zaur Sadıqov isə ona etiraz edib, deyib ki, arxa çevirərək oturmağın hörmətsizlik olması harada yazılıb...

Bundan əsəbiləşən Qurban Qurbanzadə masanın üzərində iç-içə qoyulmuş boşqabları Zaur Məzahir oğlu Sadıqovun başına vurub. Daha sonra bıçaqla onun döş və qarın nahiyəsinə zərbələr endirib. Zaur Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər