16 apr 09:25hadise

Masallıda yaşayış evində partlayış: 3 nəfər dağıntılar altında qaldı

Masallıda yaşayış evində partlayış: 3 nəfər dağıntılar altında qaldı
Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, partlayış zamanı evin konstruksiyaları dağılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
XƏBƏR LENTİ
SORĞU