08 apr 15:54hadise

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək öldü

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək öldü
Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə şöbə müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfər dünyasını dəyişib:

"Bu müddət ərzində dəm qazından 11 nəfər zəhərlənib. Onlardan 3 nəfər xəstəxanaya stasionar qəbul edilib, 8 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Mart ayında 3 nəfər sirkə turşusundan zəhərlənib, 6 nəfər isə allergik reaksiya ilə əlaqədar xəstəxanaya qəbul olunub. Həmin şəxslərdən ölən olmayıb".
XƏBƏR LENTİ
SORĞU