06 apr 11:03hadise

Ağcabədidə iki qardaşın üstünə benzin töküb yandırdılar

Ağcabədidə iki qardaşın üstünə benzin töküb yandırdılarAğcabədi rayonunda dəhşətli hadisə baş verib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, rayonun Boyat kənd sakini Amil Əmrahov həmkəndliləri Ehtiram Əliyev və Yaşar Əliyevlə mübahisə edib. Mübahisə nəticəsində A.Əmrahov E.Əliyev və Y.Əliyevin üzərilərinə benzin tökərək yandırıb.

E.Əliyev və Y.Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər. Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hadisə söyüş üstündə olub. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ
SORĞU