04 apr 16:22hadise

Maşını oğurlanan MSK üzvünün adı məlum oldu

Maşını oğurlanan MSK üzvünün adı məlum oldu
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Modern.az-ın əldə etdiyi məlumata görə, avtomobili oğurlanan şəxs Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyevdir. O, MSK-ya məxsus “Chrysler” markalı, 10-AS-301 dövlət nömrə nişanlı avtomobili idarə edir.

Qeyd edək ki, Ş.Əliyev ikinci çağırış Milli Məclisin deputatı olub.
XƏBƏR LENTİ
SORĞU