Sizin Reklam Burada

Xızıda 17 yaşlı yeniyetmə qətlə yetirildi

Xızıda 17 yaşlı yeniyetmə qətlə yetirildiXızıda ağır cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilmiş qətlin üstü açılıb.

Belə ki, cari ilin mart ayının 15-də 2003-cu il təvəllüdlü Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub.

Yeniyetmə əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Xızı rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər