Paytaxtda yeniyetmə qız dəm qazından öldü
Dərc olunub:
4-03-2020, 10:31
Bakıda yeniyetmə qız dəm qazından ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.
Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.