Sizin Reklam Burada

Rayonda sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər - Həkim səhvi -VİDEO

Rayonda sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər - Həkim səhvi -VİDEORayonların birində həkim azyaşlı usağı sünnət edən zaman ehtiyatsızlıqdan cinsiyyət orqanının sünnət hissəsi tam kəsilərək qoparılıb.

Medicina.az xəbər verir ki, vəziyyəti idarə edə bilməyən həmin həkim usağı Bakıya göndərməyi məsləhət görüb.

Valideynlər dərhal Bakıda tanınmış uşaq cərrahı Toğrul Ömərovla əlaqə saxlayaraq, əməliyyatın mümkün olub-olmamasını soruşublar.

Belə vəziyyətlərdə adətən kəsilmiş hissə buzun içərisində qısa müddətdə xəstəxanaya çatdırılmalıdır ki, yerinə tikmə əməliyyatı alınsın.

Uşağın valideynləri belə də edib. Sünnət buzun içərisində uşaqla birgə təcili Bakıya çatdırılıb və 2 saat ərzində əməliyyat baş tutub.

Sünnətin amputasiya olunmuş baş hissəsi tez bir zamanda kavernaya köçürülüb, damar, sinirlər anatomik olaraq bərpa edilib.

Əməliyyatın sonunda həkim qaralmağa doğru gedən sünnət baş hissəsinin artıq rənginin normallaşdığını və həmin hissəyə qanın bərpa olunduğunu görüb.

Toğrul Ömərov qeyd edib ki, uşaq 15 gün sonra normal vəziyyətdə evə yazılıb, yenidən tikilən hissə 70 faiz tutub, sonradan nekrotik hissələr tam düşdükdən sonra dərman müalicəsi aparılacaq.

Uşaqda sidik kanalı da kəsildiyi üçün hazırda sidik kanalı uc yox, aşağı hissəyə açılıb. Bu isə 6 ay sonra ikinci əməliyyatla bərpa oluna bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər