12 fev 11:00hadise

Bakıda tələbə qız dəm qazından boğularaq ölüb

Bakıda tələbə qız dəm qazından boğularaq ölübBakıda tələbə dəm qazından boğulub.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.
XƏBƏR LENTİ
Dünən, 12:54
SORĞU