Sizin Reklam Burada

Seçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olub

Seçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olubSeçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olub"101 saylı Göygöl-Daşkəsən seçki dairəsində ölən müşahidəçi Sübhan Hacıyev deputatlığa namizəd Mövsüm Aslanovun yaxın qohumu və vəkili olub".

Bu barədə Modern.az-a jurnalist Aida Eyvazlı məlumat verib.

A.Eyvazlı bildirib ki, seçki mübarizəsini hələlik yarıda dayandırıblar:

"Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində Sübhan Hacıyev ürək çatışmazlığından vəfat etdi. Ona görə bütün seçki məntəqələrindən müşahidəçilərimizi təcili geri çağırdıq. Bizdə olan məlumata görə, seçki məntəqəsinin əməkdaşları ilə mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib. Hazırda dövlət və hüquq mühafizə orqanları ilə birgə faktların araşdırılması ilə məşğuluq. Bu məsələnin araşdırılması üçün əlimizdən gələni sonuna qədər edəcəyik".

"Allah Sübhan Hacıyevə rəhmət eləsin. Onun yaxınlarına və qohumlarına baş sağlığı veririrk. Bəzən heç bir mübarizə bir insan ömrünə dəyməzmiş",- deyə jurnalist qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər