Sizin Reklam Burada

Bakıda yol qəzası baş verdi - Çox sayda xəsarət alan var

Bakıda yol qəzası baş verdi - Çox sayda xəsarət alan var
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Elşən Firudin oğlu, 1971-ci il təvəllüdlü Bayramov Bəhram Mütəllim oğlu, 1985-ci il təvəllüdlü Fətəlizadə Samir Miryusif oğlu, 1951-ci il təvəllüdlü Fətəliyeva Fəridə İlqar qızı və 1 yaşlı Fətəliyev Yusif Samir oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Əliyevə sol ayağının əziyi, B.Bayramova döş qəfəsinin əziyi, S.Fətəlizadəyə ağır kəllə-beyin və qarının küt travması, F.Fətəliyevaya qarnın və bədənin küt travması, Y.Fətəliyevə isə kəllə-beyin travması diaqnozları qoyulub. / Report

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər