Bakıda 62 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Dərc olunub:
9-02-2020, 09:47
Bakıda 62 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Zığ şosesində 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlu bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, B.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.