Sizin Reklam Burada

İntim əlaqədən sonra qadını öldürən qatilin dəhşətli sözləri: “Get, aşkım, get...”

İntim əlaqədən sonra qadını öldürən qatilin dəhşətli sözləri: “Get, aşkım, get...”Abşeron rayonunda oteldə intim əlaqədə olduğu qadını öldürməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Nəriman Əliyev 2003-cü ildə ilk dəfə məhkum olunub.

Həmin dövrdə o, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham olunub və həmin il məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

2013-cü ildə həbsdən azad olunan Nəriman Əliyev Kürdəmir rayonu, Qaramahmudlu kəndində qeydiyyatda olmasına baxmayaraq, paytaxtın Sabunçu rayonu, Nardaran-Ləhic bağlarında müvəqqəti kirayədə yaşayıb. O, paytaxtda tikinti sahələrində fəhlə işləyib.

İstintaq sənədlərinə görə, Nəriman Əliyev əvvəlcədən tanıdığı, aralarında yaxın şəxsi münasibətlər, o cümlədən pul müqabilində intim münasibətləri olan 1997-ci il təvəllüdlü Aysel Orucova ilə 22 sentyabr 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Pirşağı qəsəbəsində olan “Qala gecə” klubunda görüşüb.

Həmin vaxt Nəriman Əliyev Aysel Orucova ilə 200 manat müqabilində iki dəfə cinsi əlaqədə olmaq barədə razılığa gəlib. O, həmin məbləğdə pulu verdikdən sonra saat 21.50-də Aysel Orucova ilə birlikdə Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən “Oskar” restoranına gəlib.

Nəriman Əliyev restoranın əməkdaşlarından yeməklərin siyahısını alıb, sifariş verəcəyini deyib. Sonra onlar ayrıca bir otaqda özləri ilə gətirdikləri alkoqol tərkibli enerjili içkilər qəbul ediblər.

Nəriman Əliyev Aysel Orucova ilə ilk cinsi əlaqəni bitirdikdən və bir müddət əyləndikdən sonra əvvəlcədən razılaşdıqları kimi ikinci dəfə cinsi əlaqədə olmaq istəyib.

Lakin təkid etməsinə baxmayaraq Aysel Orucova ona etiraz edib, cinsi əlaqədə olmaq istəmədiyini deyib. Aysel Orucovanın etirazından qəzəblənən Nəriman Əliyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə həmin otağın sanitar qovşağına girən Nəriman Əliyev özü ilə gəzdirdiyi bıçağını cibindən çıxarıb və açıq vəziyyətdə sağ əlində saxlayaraq əyləndikləri otağa qayıdıb.

Bu zaman çarpayıda əyləşərək paltarlarını geyinən Aysel Orucovaya arxadan yaxınlaşıb və onu qucaqlayaraq bir daha ona cinsi əlaqədə olmağı təklif edib. Aysel Orucova təklifə yenə də etiraz edib.

Aysel Orucovanın bu hərəkətindən qəzəblənən Nəriman Əliyev onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 20 ıçaq zərbəsi vurub.

Nəriman Əliyev yerdə qan içində can verən Aysel Orucovaya “get, aşkım, get, sən artıq yaşamayacaqsan”, - deyə bildirib, sonra onun boğaz nahiyəsinə daha bir neçə zərbə endirib.

Aysel Orucova aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun öldüyünə əmin olan Nəriman Əliyev polisə gələrək, təslim olub, törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Nəriman Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə Nəriman Əliyev ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

İşin hallarını araşdıran hakim heyəti sonda Nəriman Əliyevin barəsində 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Onun cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Nəriman Əliyev apelyasiya şikayəti verib. O, əməlindən peşman olduğunu, cəzasının çox ağır olduğunu və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Nəriman Əliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Nəriman Əliyevin apelyasiya şikayətini təmin etməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər