Sizin Reklam Burada

Sabiq deputat seçicilərlə görüşə gedərkən QƏZAYA DÜŞDÜ - FOTO

Sabiq deputat seçicilərlə görüşə gedərkən QƏZAYA DÜŞDÜ - FOTO
Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzaya düşüb:

İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq.. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq..".

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər