Naftalan sakini qidadan zəhərlənərək ölüb
Dərc olunub:
25-01-2020, 10:08
Naftalan sakini qidadan zəhərlənərək ölüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Naftalan şəhər sakini Xəyalə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, X. İsmayılova kolbasadan zəhərlənib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.