Sizin Reklam Burada

Mingəçevirdə silahlı insident: 2 nəfər həbs edildi

Mingəçevirdə silahlı insident: 2 nəfər həbs edildiMingəçevirdə baş vermiş silahlı insidentə görə daha 2 nəfər həbs edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılan istintaqla, qeyd edilən tarixdə saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi “Hunday Sonata” markalı avtomobillə ilə əvvəllər aralarında baş verən münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu VAZ-2107 markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Z.Mirzəyev avtomobildən düşüb qaçarkən E.Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımov tərəfindən bilərəkdən gizlədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər