Masallıda bədbəxt hadisə:28 yaşlı oğlan dəm qazından boğuldu
Dərc olunub:
22-01-2020, 11:11
Masallıda dəm qazından boğulma hadisəsi baş verib.
Hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilib, meyit müayinə edilib, həmçinin digər zəruri istintaq hərəkətləri aparılıb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. /APA