Bakıda 22 yaşlı fəhlə faciəvi şəkilə öldü
Dərc olunub:
22-01-2020, 10:58
Bakıda fəhlə faciəvi şəkildə ölüb.
Report-un xəbərinə görə, hadisə yanvarın 21-də saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, İKMA Services MMC tərəfindən lift quraşdırması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanılıb.