Sizin Reklam Burada

Abşeronda ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Abşeronda ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı
Abşeron rayonunda iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb.

Avrasiya.net - in məlumatına görə, yanvarın 15-də saat 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın yaşadıqları evin hamam otağında meyitlərinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə polis, prokurorluq, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər