Nərminin qatili saxlanıldı? - Açıqlama
Dərc olunub:
10-01-2020, 12:04
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil.
Bu barədə Axar.az-a açıqlamasında Nərmin Quliyevanın əmisi Lətif Quliyev məlumat verib. O bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb.
Mərhumun dayısı da saytımıza açıqlamasında yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.