Sizin Reklam Burada

Süleymaninin pərəstişkarları tanınmış hüquq müdafiəçisinə qoyun başı atdılar - FOTO

Süleymaninin pərəstişkarları tanınmış hüquq müdafiəçisinə qoyun başı atdılar - FOTOTanınmış hüquq müdafiəçisi, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadəyə qoyun başı atıblar.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.az-a K.Ağazadənin özü məlumat verib.

Onun dediyinə görə, hadisə yanvarın 5-də “Instagram”da status paylaşdıqdan dərhal sonra baş verib.

Statusda o, general Qasım Süleymaninin öldürülməsinə görə iranlıların halına acıyan və buna görə sosial şəbəkələrdə İrandakı vəziyyəti fəal şəkildə müzakirə edən azərbaycanlıların bir hissəsinin davranışına münasibət bildirib.

Q.Süleymani yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanında iki avtomobilə edilən hücumu nəticəsində öldürülüb.

“Bu ölkədə nə qədər “general” var? Şəhidimizi də belə sevdinizmi? Əsirlikdə olanlarımız üçün də belə ağladınızmı?”, - K.Ağazadə yazıb.

Heyvanın kəsilmiş başı K.Ağazadənin evinin qapısına doğru atılıb.

“Bunu Qasım Süleymaninin pərəstişkarlarının etdiyinə şübhə edirəm. Çünki sosial şəbəkədəki bu statusla bağlı məni İmam Hüseynin davamçısını təhqir etməkdə ittiham etdilər. Mən Q.Süleymani ilə İmam Hüseynin azərbaycanlı davamçıları arasında nə əlaqə olduğunu başa düşmürəm.

Vətəndaşlarımızın dini hisslərini təhqir etməyi ağlıma belə gətirmədiyim halda bu təhqirləri özlərinə götürdülər. İranlı generalın öldürülməsindən çox Azərbaycan üçün daha vacib olan məsələlərdə vətəndaş fəallığının olmaması haqqında danışmışam”, - deyə K.Ağazadə bildirib.

Hadisə ilə əlaqədar, hüquq müdafiəçisi şərhlərdə açıq təhdid və təhqirə keçən 300-ə yaxın istifadəçi üçün sosial şəbəkədəki səhifəsinə girişi bloklamalı olub. Bütün bunlar irançı tərəfdarların K.Ağazadəni qorxutmaq istədiyinə inanmağa əsas verir.

İndiyə qədər hüquq müdafiəçisi kömək üçün polisə müraciət etməyib. Lakin vəziyyət pisləşsə, o hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər