Tovuzda itkin düşən 10 yaşlı qızın yandırılmış meyiti tapıldı - 46 gün sonra - FOTO
Dərc olunub:
6-01-2020, 21:28
Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının yandırılmış meyiti tapılıb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.