31 dek 09:59hadise

Xaçmazda yanğın: ev sahibinin meyiti tapıldı

Xaçmazda yanğın: ev sahibinin meyiti tapıldı
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyü 50 kvadratmetr sahədə yanıb.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
XƏBƏR LENTİ
SORĞU