16 dek 12:00hadise

Özünü öldürən gənc məmurla bağlı - İlginc faktlar

Özünü öldürən gənc məmurla bağlı - İlginc faktlarNərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Unikal.org-a onun yaxınları məlumat verib.

Bakıpost.az-in məlumatına görə, E.Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov Rayon İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün 41 yaşını qeyd edib.

Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.

Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.

Mərhum ötən gün Yasamal qəbirstanlığında dəfn edilib.
XƏBƏR LENTİ
SORĞU