15 dek 10:41hadise

Azərbaycanda polkovnik həbs olundu

Azərbaycanda polkovnik həbs olundu
Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun məşhur polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Gununsesi.org-a polkovnikin yaxınları bildirib. Məlumata görə, Qadir Vəlişov onunla konfilikt yaşayan yerli dairə seçki komissiyasının sədrinin istəyi ilə qurama ittihamla tutulub.

Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib: “Azər Abbasəliyev və Zakir açıq şəkildə bəyan edirdi ki, onu şərlədəcəklər. Bunu çox adam bilir. Həmid adlı müstəntiq saxta cinayət işi açaraq, onun barəsində həbs seçib”.

Tanımayanlar üçün bildirək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb. O, bu əməliyyat zamanı ağır yaralanıb.

1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.
XƏBƏR LENTİ
SORĞU