13 dek 08:41hadise

Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı

Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Əmiraslanov Vüqar tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU