11 dek 17:31hadise

İşdən yeni çıxarılan polis cinayət törətdi

İşdən yeni çıxarılan polis cinayət törətdiBərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini Muradov Fehruz Novruz oğlu həmyerlisi Allahverdiyev Nicat Vidadi oğlunu bıçaqlayıb. O, N.Allahverdiyevə 8 bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan N.Allahverdiyevin vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətdiyi deyilən F.Muradov Bərdə rayon Polis Şöbəsinin əməkdaşı olub və bir müddət əvvəl vəzifəsindən azad olunub.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanılıb.
XƏBƏR LENTİ
SORĞU