11 dek 11:05hadise

“EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18

“EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18Bakının Binəqədi rayonunda, “EuroHome”un yaxınlığında baş verən dəhşətli qəzanın videosu yayılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunan YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.
XƏBƏR LENTİ
SORĞU