10 dek 16:49hadise

“EuroHome” yanarkən oğrular iş başında yaxalandılar - FOTO

“EuroHome” yanarkən oğrular iş başında yaxalandılar - FOTOBu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın hadisəsi baş verib.

5 hektarlıq ərazinin 2 hektarı təmamilə yanaraq külə dönüb.

Modern.az-ın əməkdaşları yanğın zamanı hadisə yerində olublar.

Əraziyə toplaşan dükan sahibləri onlara xeyli ziyan dəydiklərini bildiriblər. Mağaza sahiblərindən Arif Əliyev adlı qoca kişi yanğından çox təsirləndiyini bildirib.

“Bala burada oğlumun 2 dükanı yandı. Özü hazırda xəstədir. Dükanı isə nəvəm idarə edirdi. Bu iki dükanın içərisində hardasa 10 minə yaxın malımız yandı”, - deyən qoca başını tutaraq ağlamağa başlayıb.

Qeyd edək ki, əməkdaşlarımız yanğının baş verdiyi ərazidə oğurluq edənlərin şahidi də olub. Belə ki, FHN-nin əməkdaşları dükanlardan əşyaları çıxarıb çölə daşıyan zaman, üç nəfər oğlan buradan oğurluq etməyə çalışıb. Ancaq onlar istəklərinə nail olmayıb. Polis əməkdaşları dərhal hər üç şəxsi tutaraq, polis bölməsinə aparıblar. Burada deyərlər “keçi can dərdində, qəssab isə piy axtarır”...

Qeyd edək ki, hazırda “EuroHome” tikinti materialları bazarında baş verən yanğın tamamilə söndürülüb.
XƏBƏR LENTİ
SORĞU