10 dek 09:34hadise

“EuroHome” bazarında malları yanan sahibkarların ürəyi gedib - Əraziyə 4 həkim briqadası göndərildi

“EuroHome” bazarında malları yanan sahibkarların ürəyi gedib - Əraziyə 4 həkim briqadası göndərildiSəhiyyə Nazirliyi Bakı şəhərindəki “EuroHome” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, “Ekologiya postu” kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.
Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

Əməkdaşımızın məlumatına görə, bazarda malları yanan bəzi sahibkarların ürəyi gedib. Həkim briqadalarının olara ilkin tibbi yardım göstərdiyi bildirilir...

Xatırladaq ki. bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən “EuroHome” ticarət mərkəzində güclü yanğın baş verib.

Tikinti materiallarının topdansatış bazarı kimi tanınan "Eurohome” ticarət mərkəzindəki yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.
XƏBƏR LENTİ
SORĞU