10 dek 10:27hadise

Bakı-Sumqayıt yolu bağlandı, yanğın yerinə 3 helikopter cəlb olundu - FOTO

Bakı-Sumqayıt yolu bağlandı, yanğın yerinə 3 helikopter cəlb olundu - FOTO
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

Fövqəladə Hallar Nazirliyi isə bəyan edib ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU