10 dek 08:15hadise

Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdu

Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdu
Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Kürdəmir rayon, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU