01 dek 21:57hadise

Şəmkirdə ağır qəza: bir ailənin 5 üzvü öldü

Şəmkirdə ağır qəza: bir ailənin 5 üzvü öldü
Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb.
XƏBƏR LENTİ
SORĞU