01 dek 16:02hadise

Bərdədə ağır qəza: 7 yaralı

Bərdədə ağır qəza: 7 yaralı
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Report xəbər verir ki, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

"Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər - Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU