30 noy 08:17hadise

Ağcabədidə avtomobil kanala düşüb, sürücü boğulub

Ağcabədidə avtomobil kanala düşüb, sürücü boğulub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunda "VAZ" markalı minik avtomobili Qarabağ su kanalına düşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1982-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
XƏBƏR LENTİ
SORĞU