29 noy 07:48hadise

Bakıda sürücü 16 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü 16 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Kərimova Aydan İkra qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qol və diz nahiyəsinin əziyi diaqnozu qoyulub.

Hadisəni törədən sürücü ərazidən yayınıb.
XƏBƏR LENTİ
SORĞU