24 noy 11:55hadise

Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıbHadisə Suraxanı rayonunda baş verib.

Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı, Ramin Əliyevə kürək nahiyəsindən 1 ədəd kəsilmiş-deşilmiş yarası, Rauf Əliyevə isə sağ qolun 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Yaralıların sözlərinə görə, onlara tanımadıqları şəxs bıçaq xəsarətləri yetirib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır. /report
XƏBƏR LENTİ
SORĞU